Cari transfer pəncərəsi beynəlxalq oyunçu keçidlərinin sayına görə rekorda imza atıb. Newsport.az xəbər verir ki, bu barədə FIFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Ən çox transfer əməliyyatı 526 futbolçu (ümumi məbləğ - 1,69 milyard dollar) alıb, 523-nü (1,25 milyard) satan İngiltərə klubları tərəfindən edilib. Həmin rəqəmlər bu yay dünyanın bütün ölkələri arasında rekorda sahibdi.
İngiltərədən sonra ən böyük xərclər İtaliya (825 milyon dollar) və Fransa (697 milyon dollar) klubları tərəfindən qeydə alınıb. Futbolçu satışından əldə edilən gəlir baxımından İngiltərənı Fransa (756 milyon) və İspaniya (556 milyon) klubları izləyirlər.
Ümumilikdə indiyədək müxtəlif ölkələr arasında 10,9 mindən çox keçid reallaşıb. Kişi futbolunda sövdələşmələrin ümumi dəyəri 6,4 milyard dollar olub ki, bu, tarixdə ikinci ən yüksək göstəricidi.