Əliyar Ağayevə növbəti təyinat

FİFA referimiz Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb. Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək Kosovo - Rumıniya qarşılaşmasının baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right