Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarla əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” və "Sumqayıt" yoxlama görüşündə üz-üzə gələcək.
Newsport.az-ın məlumatına görə, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xideməti məlumat yayıb.
Oyun sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Matçın başlama saatı ilə bağlı hələlik məlumat verilməyib.