Dadaşov qol vurdu, komandası "Herta"nı məğlub etdi

Almaniyada Şimal-Şərq Regional Liqasında 6-cı turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” doğma meydanda “Herta Zelendorf”u qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, komandasının 1-ci dəqiqədə ilk qolunu vurub. Hazırda "Dinamo" 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right