Bu gün Premyer Liqada XI turun təxirə salınmış "Qəbələ" - "Kəpəz" görüşü baş tutdu.
Newsport.az-ın məlumatına görə, dünən keçirilən oyun qatı duman səbəbindən 30-cu dəqiqədə yarımçıq dayandırılmışdı.
Əliyar Ağayevin baş hakim olduğu matçda Gəncə klubu son saniyələrdə vurduğu qolla qalib gəlib. "Kəpəz" bununla da turnir cədvəlində 4-cü pilləyə yüksəlib. "Zirə" ilə eyni xal toplayan Şahin Diniyevin komandası debütantı şəxsi görüşdəki nəticəyə görə qabaqlayır.
1 noyabr
Azərbaycan Premyer Liqası, XI tur
20:00.“Qəbələ” – “Kəpəz” - 1:2
Qollar: Aleksandr Sitnik, 2 (0:1), Fakundo Pereyra, 69 (1:1), Dario Federiko, 90+4 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu