Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.
Əvvəlcə lider "Turan Tovuz" "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 5 oyuna 4 qələbə qazanan və 1 heç-heçə edən Kurban Berdıyevin komandası 13 xalla liderliyini davam etdirir. Adıcıl 4 oyundur ki, qalib gələn Tovuz təmsilçisi həm də bu tura qədər qapısını toxunulmaz saxlayan yeganə komandadır.
Digər oyunda isə "Sumqayıt" evdə "Araz-Naxçıvan"la qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun digər 3 matçı 31 avqust və 1 sentyabr tarixlərində oynanılacaq.
30 avqust (cümə)
20:00.“Sumqayıt” – “Araz-Naxçıvan” - 0:1
Qol: Miço Kuzmanoviç, 56
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:45.“Turan Tovuz” – “Səbail” - 1:0
Qol: Alexandro Serrano, 33
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu,