"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Newsport.az-a müsahibə verib:
- "Qarabağ" AZAL qarşısında da çox əziyyət çəkdi...
- Bilirdik ki, bizim üçün çətin oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Amma şükürlər olsun ki, rəqibin qapısına yol tapa bildik. Önəmli olan üç xal idi.
- Zədələndin deyəsən, indi durumun necədi?
- Zədələnməmişəm. Sadəcə ayağıma zərbə gəldi. Durumum yaxşıdı.
- Son turlarda "Qarabağ"ın qarışıq heyətlə oynaması, Avropa Liqasının oyununda sizə çətinlik yaratmırki?
- Komandamızda yetərincə oyunçular olduğuna görə, fikirləşirəm ki, baş məşqçimiz də düzgün seçim edərək komandanı avrokuboklara hazırlaşdıracaq.
- Bilirik ki, Reynaldo ilə yaxşı anlaşırsan. Bəs Armentorosla necə?
- Reynaldo ilə üç il idi ki, bir yerdə onlayırdıq. Buna görə də onunla bir-birimizi yaxşı başa düşürdük. Armentoros bu il gəlib. Biz ona öyrəşirik, o da bizə. Oyundan-oyuna daha yaxşı başa düşürük bir-birimizi.
- Komandanın hazırkı oyun ritmi səni razı salırmı?
- Biz həmişə çalışırıq ki, özümüzü ən yaxşı tərəfdən göstərək. Hər gün məşqdə və oyunda buna çalışırıq.Baş məşqçimiz bunu görür və futbolçuların bu məsələyə şərh verməsi düzgün olmaz.
- Ötən mövsümlə müqayisədə buil o qədər də sürətli futbol oynamırsız...
-Əvvəlki illərdə Leory və Muarrem var idi. Onlarla birbirimizi daha yaxşı başa düşürdük. Bu il yeni oyunçular olduğuna görə zamana ehtiyacımız var.
- Belə çıxır ki, Leroy və Muaremin yeri görünür?
- Hər ikisi komandamız üçün önəmli futbolçular idi. Baş məşqçimiz onaların yerini verəcək oyunçularla təmin edib komandanı. Vaxt keçdikcə daha da yaxşılaşacaq.
- "Monako" ilə oyun barədə nə düşünürsən?Qrupdan çıxmaq üçün yaxşı şansdı...
- İndiyə kimi ancaq AZAL matçı barədə düşünürdük. Bundan sonra "Monako" matçı barədə düşüncəyik.
- "Monako"nu məğlub etmək olar?
- Həyatda mümkünsüz heç nə yoxdu.