Roman Qriqorçuk: "Çox yaxşı tanıdığım futbolçudur"

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlamasında Dembo Darbonun transferinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, təcrübəli məşqçi qambiyalı haqda bunları deyib:

"Dembo Darbo “Neftçi” üçün yaxşı transferdir. O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək keyfiyyətlərə malikdir. Çox yaxşı tanıdığım futbolçudur. Biz birlikdə Belarus çempionu olmuşuq. Dembo çoxlu qol vururdu. İnanıram ki, “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right