Azərbaycan Premyer Liqasının XI turunda AZAL səfərdə "Qarabağ”a 2-0 hesabı ilə məğlub olub.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunu belə şərh edib:
"Qarabağ”la oyundan öncə futbolçularda həyəcan hiss edirdim. "Qarabağ”ın adından çəkinən futbolçularımda həyəcanı aradan qaldıra bilmədim. Məğlubiyyətə görə səhv məndədir. Hər halda, vaxt az olduğuna görə komandanı tam hazır edə bilmədik. "Qarabağ”ı təbrik edirəm. Biz isə "Kəpəz”lə oyuna hazırlaşacağıq. Açığı, biz müdafiə olunduq və səhvlərdən qollar buraxdıq. Səviyyə fərqi öz sözünü dedi”.