Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ” doğma meydanında AZAL-la qarşılaşıb.
Newsport.az xəbər verir ki, oyun Ağdam klubunun 2-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunu belə şərh edib:
""Oyun bir daha göstərdi ki, hər bir komanda çətin rəqibdir. Bütün komandalar təhlükəlidir. Odur ki, götürülən xallar böyük bir addımdır. Bütün bunları futbolçular dərk eləməlidirlər və hər bir oyunda maksimum mübarizə aparmalıdırlar. AZAL da bu gün bizə rahat futbol oynamağa imkan vermədi. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşləri təbrik edirəm. Eyni zamanda, ilk qolunu vuran Raydell Puponu təbrik etmək istərdim. İnşallah, Raydell bundan sonra da hər oyun qol vurarar, amma bunun çətin olduğunu bilirik. Lakin çox çalışan Pupon bunu haqq edir”