“Qəbələ” – “Kəpəz” oyunun qalan hissəsi nə vaxt keçiriləcək?

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Qəbələ” – "Kəpəz” oyunun yarımçıq saxlanıldığını xəbər vermişdik. Newsport.az saytının məlumatına görə, Qəbələdə qatı dumanın olması səbəbilə dayandırılan oyunun qalan hissəsinin nə vaxt keçiriləcəyinə aydınlıq gəlib.
 

Belə ki, 33-cü dəqiqədə dayandırılan oyun sabah davam etdiriləcək. Görüşün qalan təxminən 1 saatlıq bölümü sabah saat 20:00-dan etibarən oynanılacaq.
 
 
Qeyd edək ki, oyunun 33-cü dəqiqəsinə qədər "Kəpəz" 1:0 hesabı ilə öndə idi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right