Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən "İnter” – "Zirə” matçıda qapılara qol vurulmayıb.
Newsport.az saytının məlumatına görə, qarşılaşmadan sonra keçirilən mıətbuat kondfransında "Zirə”in məşqçisi Ayxan Abbasov oyunu belə şərh edib:
"Azərbaycan çempionatının ən yaxşı komandalarından birinə qarşı oynadıq. "İnter”in özünəməxsus oyun tərzi var. Sıx qrafikdə ardıcıl 3-cü oyunumuzu keçirdik. Əsas məqsəd bu ardıcıl 3 oyunda uduzmamaq idi ki, bunun öhdəsindən gəldik. Məqsədlərimizdən biri özümüzəməxsus oyun tərzi yaratmaqdır. Hər keçən tur bu işdə irəliləyiş olduğunu görürük. "İnter”ə qarşı oyunda da mübarizə apardıq, futbolçulara uduzmamaq hissini aşlamağa çalışırıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik”.