"Səbail"dən ən böyükhesablı ev qələbəsi

“Səbail” Azərbaycan çempionatlarında özünün ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Newsport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının IV turunun “Kəpəz”lə ev görüşündə gerçəkləşib.

Paytaxt təmsilçisi “Kəpəz”lə ev matçında 4 cavabsız qolla qalib gəlib.

“Səbail” tarixində ikinci dəfə Premyer Liqa matçında 4 top fərqi ilə qalib gəlib. 2018-ci il noyabrın 10-da “Sabah”la qarşılaşmada da 4:0 hesabına sevinən “dənizçilər” həmin vaxt səfərdə qələbə qazanıb. Həmin nəticəni təkrarlayan “Səbail” evdə ən böyükhesablı qələbəsini rəsmiləşdirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right