UEFA klublarımıza ödəniş etdi

2024/2025-ci illər mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) çıxış edən Premyer Liqa klubları üçün UEFA tərəfindən ayrılmış ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Newsport.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.

Ödəniş “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.
 
“Zirə” – 349.600 avro
“Sabah” – 174.600 avro
“Sumqayıt” – 524.600 avro





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right