"Buna görə də seçimimi “Qarabağ”ın lehinə etdim" - Mateuş Koxalski

"Qarabağ" Azərbaycan Premyer Liqasının 4-cü turunda öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub. Oyundan sonra ağdamlıların heyətində debüt edən Mateuş Koxalski matçdan sonra Newsport.az saytına müsahibə verib

- “Turan Tovuz”la matçı necə şərh edərdiniz?

- Bizim üçün vacib oyun idi. Təəssüf ki, uduzduq. Yaxşı çıxış etmədik. Lakin bilirəm ki, daha yaxşı ola bilərik. Mən komandamıza inanıram. Növbəti hər matçda qələbə qazana bilərik. 

- “Qarabağ”ı seçməyinizdə əsas amil hansı oldu?

- “Qarabağ” böyük klubdur. Hər il Çempionlar Liqasında, avrokubokların qrup mərhələsində oynayır. Avrokuboklarda oynamaq mənim uşaqlıq arzumdur. Buna görə də seçimimi “Qarabağ”ın lehinə etdim.

- Sizi gələcəkdə də “Qarabağ”ın əsas heyətində görə biləcəyik? 

- Mən əlimdən gələni edəcəm. Bütün gücümü qoyacam ki, əsas heyətdə yer alım. Mənim üçün oynamaq çox vacibdir. 

- Zaqreb “Dinamo”su ilə cavab matçından gözləntiləriniz nədir?

- “Qarabağ”ın əvvəlki mərhələdə “Ludoqorets”ə qarşı oyununu izləmişəm. Komanda sübut edib ki, çoxlu qol vura bilər. İndi eyni nəticəni “Dinamo” ilə matçda da təkrarlaya bilərik. Zaqrebdəki ilk matçda da komanda çoxlu qol şansları yaxaladı. Təəssüf ki, onlardan istifadə edə bilmədi. Amma “Qarabağ” cavab matçında lazımi qədər qol vura bilər. 

- “Qarabağ”ın avrokubok matçlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda hər zaman anşlaq yaşanır. 30 min azarkeşin yaratdığı atmosferdə oynamağa hazırsınız?

- Mən hər zaman hazıram. Məhz elə bunun üçün də oynayıram. Polşada tez-tez 20-30 min azarkeşin dəstəyi altında çıxış etmişəm. Bu cür hallara öyrəncəliyəm. 

- “Qarabağ”da adaptasiya dövrünü necə keçirirsiniz?

- Hər hansı bir prolem yoxdur. Komandada hamı məni xoş qarşıladı. Futbolçular, klubun əməkdaşları hər bir məsələdə kömək etməyə çalışırlar. “Qarabağ”da çox gözəl ab-hava var. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right