"Neftçi" növbəti transferini açıqlayıb.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Mustafa Seki heyətinə cəlb edib. Seneqal əsilli ispaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçu yeni klubunda 24 nömrəli forma geyinəcək.
Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.