"Qarabağ" İspaniyadan futbolçu transfer etdi

"Qarabağ" növbəti transferini reallaşdırıb.

Newsport.az xəbər verir ki, bir müddətdir İspaniyanın "Alkorkon" klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameylli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.

Klubla 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb.

Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right