Premyer Liqanın XI turu çərçivəsində, noyabrın 2-də “Rəvan” klubu ilə səfərdə üz-üzə gələcək “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Newsport.az-ın məlumatına görə, cənub təmsilçisi yalnız bu gün ərzində istirahət edəcək. Sabah isə komanda yenidən bir araya gələcək, lakin bu dəfə toplanış paytaxtda baş tutacaq. Beləliklə “Xəzər Lənkəran” Bakıda noyabrın 1-də günün birinci yarısında toplandıqdan sonra saat 21:00-da “Bayıl Arena” stadionunda oyunöncəsi son məşqini keçirəcək. (12cioyuncu.info)