Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Newsport.az xəbər verir ki, iclasda Msli Premyer Liqasının 3-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
"Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.
"Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib. Oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.