“Neftçi” PFK-nın təşkilati dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin daxili futbol çempionatı keçirləcək.
Newsport.az-ın məlumatına görə, ötən gün ali təhsil ocağında turnirin püşkatma məramisi baş tutub.
Bu gün start götürəcək və bir ay davam edəcək yarışın püşkatma mərasimində “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə, AzDİU-nun daxilində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının sədri Yusif Məmmədzadə, komandanın kapitanı Araz Abdullayev və klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyev iştirak ediblər. Qalib komanda “Neftçi” PFK tərəfindən mükafatlandırılacaq.