Milli komandamızın sabiq üzvü Birinci Liqa klubu ilə anlaşdı

Azərbaycan milli komandasının sabiq üzvü Cavid Tağıyev yeni sezona Birinci Liqada başlayacaq.

Newsport.az saytına verilən məlumata görə, 32 yaşlı yarımmüdafiəçi MOİK-lə anlaşıb.O, 2024/2025 mövsümünü “hərbçilər”in heyətində keçirəcək.

Tağıyev ötən mövsümə “İrəvan”da başlayıb, “Cəbrayıl”da yekunlaşdırmışdı.

O, karyerası ərzində “Turan Tovuz”, AZAL, “Qarabağ”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Səbail” klublarında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right