Şimali Makedoniyalı: "Zirə" davamlı olaraq Avropada çıxış edəcək klub olmağı hədəfləyir"

“Zirə”nin Şimali Makedoniyalı məşqçisi Borçe Xristov Bakı klubunun ölkə çempionatında və avrokuboklarda qazandığı uğurlardan danışıb.

Newsport.az xəbər verir ki, ölkəsinin “Екипа” nəşrinə danışan təcrübəli mütəxəssis qəsəbə təmsilçisi haqda bunları deyib:

"Ötən mövsüm çempionatda ikinci yeri tutaraq, Avropa Liqasının təsnifat mərhələsində iştirakımızı təmin etdik. Moldovanın “Şerif” klubu ilə qarşılaşdıq və penaltilər seriyasında məğlub olduq. Daha sonra Konfrans Liqasında “DAK 1904” (4:0, 2:1) və “Osiyek”i (1:1, 2:2, penaltilərdə 2:1) məğlub etdik. İndi bizi Kiprin “Omoniya” klubu ilə pley-off mərhələsinin oyunları gözləyirik.

Azərbaycanda klublar şəraitə və infrastruktura böyük sərmayə qoyur və illər keçdikcə çempionatın keyfiyyəti artır, eyni zamanda millinin özünün də keyfiyyəti yüksəlir. “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”ın büdcəsi bizdən qat-qat yuxarı olsa da, "Zirə" tarixində ikinci yeri tutaraq ən yaxşı nəticəni qazana bilib. Biz də kubokun finalına çıxdıq, ancaq “Qarabağ”a uduzduq (2:1)”.

O, “Zirə”yə geri qayıtması barədə isə bunları deyib: “Keçən yay klub məni dəvət edəndə “Zirə”yə qayıtdım. Pandemiyadan əvvəl, 2020-ci ildə mən artıq orada işləyirdim, lakin sonra kovid səbəbindən Şimali Makedoniyaya qayıtmalı oldum. “Zirə” böyük ambisiyaları olan klubdur. O, daim Avropa yarışlarında mübarizə aparacaq komanda olmağa çalışır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right