Serbiyanın Belqrad şəhərində kikboksinqin WAKO versiyası üzrə 20-ci Dünya Çempionatında iştirak edən kikboksçularımızdan ümidverici xəbərlər var.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvlərindən düz 7 nəfər yarımfinala vəsiqə qazanıb. Aldığımız məlumata görə, bu 7 idmançı arasında ən ağır çəkili Ehram Məcidov (94 kq Kik layf) artıq yarımfinal döyüşünü də keçirdib. Belə ki, Məcidov güclü rəqibiylə döyüşdə elə ilk raundda işi “bitirib”. Ukraynalı döyüşçü birinci raunddaca Məcidovun güclü zərbələri qarşısında dözüş gətirə bilməyərək nokautla barışmalı olub.
Bununla da Ehram Məcidov finala vəsiqə qazanıb.Aldığımız son məlumata görə daha 3 döyüşçümüz də finalda vuruşmaq şansı qazanıb. Bunlar Anar Məmmədov (51 kq K-1), Elşad Ələsgərov (75 kq K-1) və Ramal Aslanovdur. (71 kq loukik)