"Mançester Siti"nin sabiq hücumçusu "Neftçi"yə təklif olundu

Stefan Yovitiç karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, monteneqrolu hücumçu 2 Premyer Liqa klubuna təklif olunub.

34 yaşlı forvard hazırda azad agentdir. Menecerləri onu "Sabah" və "Neftçi"yə təklif edib.

Lakin hücumçunun maaşının yüksək, yaşının çox olması paytaxt təmsilçilərinin bu keçidə isti baxmamasına səbəb olub.

Yovitiç "Partizan", "Fiorentina", "Mançester Siti", "İnter", "Sevilya", "Monako", "Herta" (Berlin), "Olimpiakos" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right