"Xəzər Lənkəran" rəsmisi: "Bu qədər "Xəzər Lənkəran"ın üzərinə getmək, yalan yazmaq ..."

Bu gün demək olar kı, heç də "Xəzər Lənkəran" üçün xoş keçməyib. İlk olaraq stadionu su basdı, sonra da futbolçuların məşq məkanı dəyişdirildi. Daha sonra isə futbolçular barədə yayılan xəbərlər "Xəzər Lənkəran" üçün ən üzücüsu oldu.

Newsport.az-ın məlumatına görə, klubun sözcüsü Hüseyn Cəbrayıloğlu yayılan xəbərlərə belə münasibət bildirib:

"Bu günün ikinci yalançı və iftiraci futbolçu xəbəri. Bu qədər də olmaz. Vallah olmaz, billah olmaz. Biz də insanıq, əsəbimiz var.Guya Rednikin o bəyəndiyi futbolçu söhbətinə münasibət bildirdim. İndi də yeni xəbər var. Guya zədələnən Orxan Əliyevi klubumuz əməliyyat etməyə pul tapmır.Orxana ölkənin ən sanballı klinikasında, Gömrük hospitalında əməliyyat olunması üçün hər şey hazırlanıb. Futbolçu isə yalnız xaricdə əməliyyat olunmaq istəyir. Bunun üçün də milli futbolçu olduğu üçün AFFA ya müraciət etmək istəyir. İki gündür klinikada onun yolunu gözləyirlər. Bu ayrı məsələdir. Amma bu qədər "Xəzər Lənkəran"ın üzərinə getmək, yalan yazmaq ....ne ise...".

Qeyd edək ki,mətbuatda gedən xəbərə görə, "Xəzər Lənkəran" Orxan Əliyevi əməliyyat etdirmək üçün pul tapmır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right