"Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirildi

Azərbaycan Premyer Liqasının 3-cü turunun "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.

Newsport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Məlumatda bildirilib: "Liv Bona Dea Arena"nın ot örtüyünün UEFA Konfrans Liqasının oyunu üçün qorunması məqsədilə "Zirə" klubunun "Neftçi" klubuna müraciəti, "Sabah"ın məlumatlandırılması və Peşəkar Futbol Liqasının yekun qərarı ilə 3-cü turun "Neftçi" - "Sabah" oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

Misli Premyer Liqasının 3-cü turunun "Neftçi" - "Sabah" oyunu Konfrans Liqasının pley-off oyununda Azərbaycan futbolunun daha yaxşı infrastruktur ilə təmsil olunması məqsədilə əvvəlcədən elan olduğu kimi "Liv Bona Dea Arena"da deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq".

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" - "Sabah" görüşü saat 20:30-da start götürəcək. Daha əvvəl matçın yeri "Neftçi Arena"dan “Liv Bona Dea Arena”ya dəyişdirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right