"Kəpəz" qərb derbisinə itkilərlə çıxacaq

"Kəpəz" Premyer Liqanın 3-cü turunun "Turan Tovuz"la matçına itkilərlə çıxacaq.

Newsport.az xəbər verir ki, Gəncə təmsilçisinin iki futbolçusu zədəlidir.

Məşq prosesində zədələnən yarımmüdafiəçilər Tural Rzayev ilə Redon Mihana qərb derbisində forma geyinə bilməyəcək. Bu futbolçuların müalicə prosesi davam edir.

Bundan əlavə Elmir Tağıyev cəzalı durumdadır.

Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması bu gün saat 18:15-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right