Azərbaycan Premyer Liqasının XI turunda "Zirə” səfərdə "İnter”lə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, "qartallar”ın heyətincə ciddi itkilər var. Belə ki, zirəlilərin monteneqrolu oyunçusu İqor İvanoviç zədə səbəbindən "İnter”lə oyunu buraxmalı olacaq.
"Qaratallar”ın heyətindəki problem bununla bitmir. Topaz Premyer Liqasının X turunda "Kəpəz”lə matçda qırmızı vərəqə alan Sadiq Quliyev və Aleksandr Şemonayev də "İnter”lə matçı buraxmalı olacaqlar.
Qeyd edək ki, "İnter” – "Zirə” matçı sabah 16:00-da baş tutacaq.