"Xəzər Lənkəran" üçün fərqli məkan

Premyer Liqanın XI turunda "Rəvan”ın qonağı olacaq "Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
 

Newsport.az-ın məlumatına görə, komanda bu gün növbəti məşqini keçirib. Lənkərançayın sel suları "Fırtınalar meydanı”nın ərazisinə dolduğundan komandanın hazırlıq prossesi fərqli məkanda baş tutub.
 
Belə ki, şəhərin İnşaatçılar qəsəbəsinə yollanan "Xəzər Lənkəran” şəhidlər xiyabanının yaxınlığında yerləşən  (RAYPO-nun yanı) qapalı futbol meydançasında məşq edib. Ardıyca isə çətinliklə də olsa komanda geri qayıdaraq özünün baza-otelində məskunlaşa bilib. (12cioyuncu.info)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right