“Zirə”nin Kipr klubu ilə Bakıdakı oyununu latviyalı hakim idarə edəcək

Bakıda “Zirə” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək hakim müəyyənləşib.

Newsport.az xəbər verir ki, matç Latviyadan olan Vitali Spasyonnikova tapşırılıb.

Avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.

İlk görüş avqustun 22-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right