Davud Səfiyev: "Tuyqun Nadirov otağında mənə dedi ki..."

Buyaxınlarda elektron ünvanımıza şikayət mətubu gəlmişdi. Əslində, buna nə dərəcədə şikayət diaqnozu qoymaq olar - mübahisəlidir.

Şəxslə əlaqə saxladıq. Danışdıqları, dediyi ifşalar  və s. Mövqeyinin dərc olunmasını xahiş etdi. 

Davud Səfiyev 1999-cu ildə dayısının təşəbbüsü ilə Rusiyanın Ufa şəhərinə gedib və futbol karyerasına da orda başlayıb. Kimertau klubunda oynayıb. 2010-cu ildə Azərbaycana qayıdıb, hərbi xidmətə gedib.

2011-də isə o, “Kəpəz”ə götürülür, ancaq orda çox qalmır. 2 ay sonra “Xəzər Lənkəran”a üz tutur.  Elə hekayə də bundan sonra başlayır.  Davudun dedikləri:

“Kəpəz”də başa düşdüm ki, əsas heyətdə oynaya bilməyəcəm. Müxtəlif səbəblər var idi. Ancaq bunun içində mənim əsas heyətə uyğun gəlməməyim qəti yox idi. O barədə danışmaq istəmirəm. Sonra “Xəzər Lənkəran”da 4 gün baxışda oldum. O vaxt komandanın baş məşqçisi Mirça Rednik idi. O, məni bəyəndi və bu haqda mənimlə söhbəti də oldu.

Dedilər ki, 5 min maaş alacaqsan, məşqlərə davam elə. Bu, mənimçün çox gözəl xəbər  idi, çünki puldan çox futbol oynamağı arzulayırdım. “Xəzər Lənkəran” da iddialı komanda idi, fikirləşdim ki, nəhayət, karyeramın uğurlu vaxtı başlayar. Məşqlərə canımı qoyurdum.

Sonra Tuyqun Nadirov (“Xəzər Lənkəran”ın vitse-prezidenti) otağında mənə dedi ki, klubun vəziyyəti yaxşı deyil. Hələlik maaş məsələləri bir az qarışıqdır. Mən dedim, məşqçi məni bəyənib, bunu mənə də deyib, mənə komandaya düşmək vacibdir əsas. Dedi ki, hələlik pul yoxdu. İstəyirsən, qal, sonra maaşını  alarsan. Gördüm, nəsə, konkret söz demir, ora-bura fırladır məni. 

Mən heç nə başa düşmədim. Əvvəlcə mənə bildirmişdilər ki, komandaya götürülürəm və 5 min maaş alacam, sonra Tuyqun deyir ki, pul yoxdur, oyna, sonra olacaq. Bu nə deməkdir?".

  SONRA?

“Gördüm ki, klubda da aləm qarışıb. Rednikin də ordan getmək ərəfəsi idi. Futbola belə çirkinlikləri görüb, uzaqlaşdım. İmkanım yaxşı deyildi,  məcbur qalıb, başqa işlə məşğul olmağa başladım. İndi futboldan uzağam. Bu uğursuzluqlar mənə çox pis təsir eləmişdi. Görürdüm ki, məndən zəif futbolçular oynayırlar, mənsə həmişə problemlə qarşılaşıram. Həm də futbolda heç kimi tanımırdım, çətin idi mənçün”.

1985-ci il təvəllüdlü Davud bu məsələni niyə məhz indi qabardır? - Suala belə aydınlıq gətirdi: "Ağlımdan keçməyib ki, o vaxt bu haqda mətbuata danışım. Mənim fikrimdə bircə şey var idi, iş tapım, pul qazanım. Sonra mən futboldan uzaqlaşdım. İndi al-verlə məşğulam. Mən allah adamıyam, niyə yalan danışım. Adam geriyə boylananda bilirsənmi necə heyfslənir. Mən 10 ildən çox özümü futbola həsr eləmişdim. Sənin karyeranı hansısa bir şəxsin üzündən alınmaması necə pis əsir eləyir, bunu anlamaq çətin deyil".

"FutbolPress" 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right