“Zirə”ni də keçə bilməsələr…”

Xorvatiyalı futbol mütəxəssisi Mateo Pukşar “Osiyek”in UEFA Konfrans Liqasında “Zirə” önündə şanslarını dəyərləndirib.

Newsport.az xəbər verir ki, o, həmyerlilərini bu cütün favoriti adlandırıb.

Pukşarın fikrincə, mövsümü xilas etmək baxımından “Zirə”ni üstələmək vacibdir: “Osiyek” “Zirə”ni keçməlidir, çünki onlar daha yaxşı komandadırlar. “Osiyek”i Bakıda heç bir cəhənnəm atmosferi və ya pis meydança gözləmir. Bütün şərait əlverişlidir. Bu şansdan istifadə etməlidirlər. Xüsusən də, çempionatda “Sibenik” və “Dinamo”ya məğlubiyyətdən sonra “Zirə”ni də keçə bilməsələr, mövsüm indidən puç ola bilər”.

Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da keçiriləcək “Zirə” – “Osiyek” qarşılaşması saat 20:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right