“Ludoqorets”də baş məşqçi Georgi Dermendciev istefaya göndərilib.
Bolqarıstan mətbuatının yazdığına görə, mütəxəssisin qovulma səbəbi “Qarabağ”a Çempionlar Liqasında 2:7 hesablı məğlubiyyətdir. Evdəki darmadağından sonra qitənin ən nüfuzlu klub turnirindən kənarda qalan klubun rəhbərliyi məşqçini yola salıb.
“Ludoqorets”ə müvəqqəti olaraq Zahari Sirakov rəhbərlik edəcək.