"Qarabağ"ın müdafiəçisi Kevin Medina şəxsi instaqram hesabında paylaşım edib.
Newsport.az xəbər verir ki, kolumbiyalı futbolçu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bolqarıstanda "Ludoqorets" üzərində qazandıqları 7:2 hesablı qələbəyə toxunub.
31 yaşlı futbolçu kollektivlə fotosunu paylaşaraq "Bu komandaya hörmət edin" sözlərini yazıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"su ilə qarşılaşacaq.