“Qəbələ” 4 yoxlama görüşü keçirəcək

“Qəbələ” 2024-25 mövsümünün hazırlığını davam etdirir. Newsport.az xəbər verir ki, “Zaqatala” ilə yoxlama oyunundan sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” sabah bir araya gələcək.

Komanda hazırlığın ikinci mərhələsinə günün ikinci yarısında baş tutacaq məşqlə start verəcək.

Qəbələ şəhər stadionunda davam edəcək hazırlıq prosesində daha 4 yoxlama oyunu baş tutacaq. “Qəbələ” avqustun 16-da “Cəbrayıl”, 19-da “Mingəçevir”lə üz-üzə gələcək. Digər iki matç ayın 24-də və 28-də keçiriləcək. Bu yoxlama oyunlarındakı rəqiblər hələ bəlli deyil.

Qeyd edək ki, “qırmızı-qaralar” mövsümlərarası dövrdə artıq iki görüş keçirib. Küveytin “Əl-Yarmuk” klubu ilə heç-heçə edən (2:2) komanda “Zaqatala”ya 2:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right