Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə I Liqasında “Ankaragücü”nün heyətində keçirdiyi ilk oyunu dəyərləndirib. Newsport.az xəbər verir ki, 25 yaşlı hücumçu “Şanlıurfaspor”u 2:0 hesabı ilə məğlub etdikləri görüşlə bağlı instaqram səhifəsində paylaşım edib.
Qarşılaşmada son nöqtəni qoyan Dadaşov onları dəstəkləyən azarkeşlərə təşəkkür edib: “Bizi dəstəkləyən hər kəsə təşəkkürümüzü bildiririk. Mövsümə əla başladıq. Çalışmağa davam edəcəyik”.
Qeyd edək ki, Renat Dadaşov bir neçə gün əvvəl “Ankaragücü” ilə 2 illik müqavilə imzalayıb.