“Xəzər Lənkəran” fasiləsiz davam edir

Premyer Liqanın son turunda öz meydanında "Sumqayıt”a məğlub olan "Xəzər Lənkəran” hazırlıqlarını istirahətsiz davam etdirir.

Newsport.az-ın məlumatına görə, cənublular oktyabrın 29-da saat 12:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirib.
 
Topsuz çalışmalar, müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsindən ibarət olan və bir saatdan çox sürən hazırlıq prossesinin ardından futbolçular baza-oteldə istirahətə çəkiliblər. Növbəti məşq oktyabrın 30-da saat 16:00-da yenə də ehtiyat meydançada baş tutacaq.
 
Xatırladaq ki, "Xəzər Lənkəran” Premyer Liqanın XI turu çərçivəsində noyabrın 2-də səfərdə "Rəvan”la qarşılaşacaq. (12cioyuncu.info)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right