"Qəbələ"nin forvardı İrlandiya ilə oyuna çağırıldı

"Qəbələ"nin hücumçusu Ermin Zets Bosniya və Herseqovina yığmasına dəvət olunub.

Newsport.az-ın məlumatına görə, onu AÇ-2016-ya vəsiqə uğrunda İrlandiya ilə pley-off oyunları gözləyir.

Qeyd edək ki, bu iki komanda arasındakı ilk oyun noyabrın 13-də Bosniyada keçiriləcək. Cavab qarşılaşması isə üç gün sonra İrlandiyada baş tutacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasına dəvət alan futbolçular arasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right