Peşəkar Futbol Liqası, Azərbaycan Respublikasında Milli Məclisə seçkilər və görüşlərin canlı yayımlanmasını nəzərə alaraq, 11-ci turun oyun cədvəlində növbəti dəfə dəyişiklik edib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 11-ci turunun “Qəbələ” – “Kəpəz”, “Qarabağ” – AZAL və “İnter” – “Zirə” görüşləri 1 noyabrda yox, 31 oktyabrda reallaşacaq.
Eyni turun “Sumqayıt” – “Neftçi” və “Rəvan” – “Xəzər Lənkəran” qarşılaşmaları isə canlı yayımla əlaqədar olaraq, noyabrın 2-də baş tutacaq.