Azərbaycan boksçusunun ilk Olimpiya finalı

Azərbaycan boksçus Alfonso Dominges (92 kq) bu gecə Paris-2024 Yay Olimpiya Oyunlarında final döyüşünə çıxacaq.

Newsport.az xəbər verir ki, dünya çempionu (2021-ci il) və dünya çempionatının (2023) gümüş mükafatçısı olan idmançı həlledici gürüşdə özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gələcək.

Lazizbek Asiya çempionu (2022) və dünya çempionatının (2023) bürünc mükafatçısıdır. 

Döyüşün bu gecə Bakı vaxtı ilə saat 00:34-də başlaması nəzərdə tutulub.

Qeyd edək ki, bu, Domingesin ilk Olimpiya finalı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right