Türkiyə PTT 1-ci liqasında 10-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Şanlıurfaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Budaq bu görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 18 xalla 2-ci pillədə qərarlaşıb.