Neftçinin həbs olunan fanatı sərbəst buraxıldı

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən "Neftçi" - "İnter" (1:1) matçının gedişində "Forza Neftçi" fan klubunun polis tərəfindən saxlanılan üzvü İlkin Sadıqov sərbəst buraxılıb.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Azarkeş oyun zamanı pirotexniki vasitənin istifadəsi səbəbindən hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Azarkeş izahat alındıqdan sonra bölmədən buraxılıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right