Mövsümün ilk cəzaları: Elvin Cəfərquliyev 1 oyun buraxacaq

AFFA İntizam Komitəsi 2024-25 mövsümü üçün ilk iclasını keçirib.

Newsport.az xəbər verir ki, komitə Premyer Liqanın I turu ilə bağlı qərarlarını açıqlayıb.

“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması “Araz-Naxçıvan”ın 800 manat, görüş bitdikdən sonra futbolçuların avtobusa rahat daxil ola bilməməsi isə 500 manat cərimələnməsinə səbəb olub. Qarşılaşmada ikinci sarı vərəqə alaraq meydandan qovulan “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev II turu buraxmalı olacaq. Bu, ağdamlıları 500 manat ziyana salıb.

“Turan Tovuz”la ev oyununda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimələnib.

“Sumqayıt” – “Kəpəz” görüşündə PFL Əsasnaməsinin tələbləri pozulduğundan, birincilər 500 manat cərimə olunub. Oyun günü planının pozulması isə “kimyaçılar”a daha 1000 manata başa gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right