Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

Newsport.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Qırğızıstandan olan Akjol Mahmudova məğlub olub.

Süleymanov rəqibinə 5:6 hesabı ilə uduzub.

Qeyd edək ki, indiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) və taekvondoçu (58 kq) Qaşım Maqomedov isə finala yüksəlməklə ən azı gümüş mükafatı təmin ediblər. Paris-2024 avqustun 11-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right