“CBC-Sport”un baş direktoru İlham Rüstəmov qalmaqal yaradacaq açıqlama verib.
Newsport.az-ın məlumatına görə, bu gün Klublar Komitəsinin iclasında iştirak edən Rüstəmov daha sonra jurnalistlərin suallarını cavablandırıb. Brifinqdə İlham Rüstəmova bir müddət əvvəl İctimai Televiziya ilə “CBC Sport” arasında yaşanan qalmaqalla bağlı sual verilib. Həmin sualı İ.Rüstəmov belə cavablandırıb: “Mənim xadiməm var, istəyirsiz bu suala o cavab versin. Bilmirəm Tural Dadaşov kimdi. Mənə UEFA-dan matçın çəkilişinə görə pul gəlib. Bəlkə həmin pulu da İTV-yə verim?! İtaliya ilə oyunu biz çəkmişik, ona görə də pulu bizi göndəriblər. “Saran qrup”dan texniki avadanlığı biz icarəyə götürmüşük. Ümumiyyətlə, bu məsələyə cavab vermək istəmirəm. Bu, mənim səviyyəm deyil”.
Futbolxeber.az