Azərbaycanlı hakim-inspektor Moldova klubunun oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinat alıb.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada yerli "Şerif" və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da təşkil ediləcək.

Qeyd edək ki, matç avqustun 15-də reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right