"Səhvlərimizdən nəticə çıxaracağıq" Bəhlul Mustafazadə

"Ludoqorets"in çətin rəqib olduğunu bilirdik. Düşünürəm ki, yaxşı oynadıq. Amma təəssüflər olsun ki, qol buraxdıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının 3-cü təsniat mərhələsində "Ludoqorets"ə uduzduqları ilk oyundan (1:2) sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı müdafiəçi səfərdəki cavab oyununda mərhələ adlayacaqlarına inandığını söyləyib: "İlk oyunda şanslarımızdan istifadə edə bilmədik. Lakin bu son deyil. Bolqarıstanda əlimizdən gələni edəcəyik".

O, "Ludoqorets"in "Qarabağ"ı yaxşı analiz etdiyini bildirib: "Əlbəttə ki, bunu gözləyirdik. Artıq bütün Avropada bizi az-çox tanıyırlar. Buna baxmayaraq, çoxsaylı şanslar yarada bildik. Bolqarıstanda imkanlarımızdan yararlanmağa çalışacağıq".

B.Mustafazadə matçdakı hakim qərarlarına da toxunub: "Əlbəttə ki, bütün komanda olaraq hakimin sarı vərəqələr verməsinə etirazımız oldu. Çünki bəzən çox sadə epizodlarda sarı vərəqə göstərirdi. Məsələn, bir epizoddan 2 saniyə əvvəl bizim futbolçumuza qarşı qayda pozuntusu olsa da, oyunu saxlamırdı, amma bizi dərhal dayandırırdı. Lakin bunlar bəhanə deyil. Səhvlərimizdən nəticə çıxaracağıq. Çalışacağıq ki, səfərdə qələbə qazanaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right