"Qarabağ"ın forvardı məşqlərə nə vaxt başlayacaq?

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı tezliklə məşqlərə başlayacaq.

Newsport.az xəbər verir ki, 22 yaşlı forvard təxminən iki həftə əvvəl əməliyyat olunub və hazırda bərpa olunur.

İdman zalında məşqlərə başlayan hücumçunun bu həftənin sonuna kimi stadionda məşqlərə başlaya biləcəyi gözlənilir. 

Xatırladaq ki, Musa Qurbanlı Avstriyadakı təlim-məşq toplanışında “Slaven Belupo” ilə yoldaşlıq görüşündə meniskindən zədələnmişdi.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right