Dadaşovun yeni klubu bəllidir: 2 illik müqavilə bağlayacaq

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun karyerasını Türkiyədə davam etdirəcəyi, demək olar ki, dəqiqləşib.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu I Liqa təmsilçisi “Ankaragücü” ilə anlaşıb.

Paytaxt təmsilçisi hazırda Dadaşovun müqavilə ilə məxsus olduğu “Qrasshopper” klubu ilə danışıqların son mərhələsindədir. İsveçrə komandası onun xidmətində maraqlı olmadığından, keçidin əleyhinə deyil.

Millimizin üzvünün artıq avqustun 8-də Ankaraya yollanaraq, yeni komandası ilə 2 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsümü icarə əsasında Superliqa klubu “Hatayspor”da keçirib. Onun “Qrasshopper”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right