"Neftçi" millinin qapıçısını icarəyə götürdü

"Neftçi" yeni oyunçu ilə anlaşıb. 

Newsport.az xəbər verir ki, "ağ-qaralar" bu dəfə qapı xəttinə "əl gəzdirib".

Paytaxt təmsilçisi Ruslan Samiqullini "Sabah"dan icarəyə götürüb. Gənclər yığmasının da formasını geyinən qapıçıyla bir illik müqavilə bağlanıb. Roman Qriqorçuku görəvə gətirmiş "Neftçi" bu yay 2 qapıçısı ilə vidalaşıb.

Xroniki zədələrdən əziyyət çəkən Aqil Məmmədov karyerasını 35 yaşında bitirmək məcburiyyətində qalıbsa, xorvatiyalı İvan Brkiç Polşada "Motor"la müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right